VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Qarabağ" klubunun İtaliya "Palermo"sunun futbolçusu Karluş Apna Embalo üçün ödəmək istədiyi məbləğ müəyyənləşib.

“Il Giornale di Sicilia”yanın verdiyi məlumata görə, Azərbaycan təmsilçisi 23 yaşlı oyunçunun 1 illik icarəsi üçün 200 min avro təklif edib.

Bu müddətdə Embalonun çıxışı qaneedici olsa, o, 2 milyon avro qarşılığında birdəfəlik alınacaq. Qvineya-Busau əsilli futbolçu ilə İtaliyanın "Peskara" və "Breşiya" klubları da maraqlanır. "Palermo" rəhbərliyi isə hələlik oyunçunu göndərməyə tələsmir.

Qeyd edək ki, Karlus Apna Embalonun keçidi baş tutsa, "Qarabağ" ondan yalnız avrokubokların qrup mərhələsində yararlanacaq.

Report
BAKU.WS