VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Şerif”lə görüşdə açıq futbolun olmasını istərdim. Rəqibin buna nə qədər imkan verəcəyini bilmirəm. Daha çox hücum etməyə və yaxşı nəticə əldə etməyə çalışacağıq”.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovada "Şerif"lə keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl deyib.

45 yaşlı mütəxəssis bildirib ki, avrokubok oyunlarında üzərlərində böyük təzyiq hiss edirlər: "Bizim təcrübəli futbolçularımız var. İlk oyun 0:0 hesabı ilə bitdiyi üçün oyunçular təzyiq hiss edirlər. Üstəlik, səfərdə oynayacağıq. "Şerif”dən çəkinirik. Rəqib hər oyunda sistemini və heyətini dəyişə bilir. Ona görə də ehtiyatlı olacağıq. Yaxşı müdafiə futbolu təşkil edən baş məşqçiləri var. Rəqib müasir futbolun bütün tələblərinə cavab verir – pressinq edir, müdafiə olunur və hücuma keçir. Çətin olacaq. Lakin rəqibə öz oyununu oynamağa imkan yaratmamağa çalışacağıq. Həm bizim, həm də rəqib üçün maraqlı oyun olacaq”.

Q.Qurbanov penalti seriyası barədə düşünmədikərini söyləyib: "Hər şeyi düzgün edib, qalib gəlmək istəyirik. Əlbəttə, futbolda hər şey ola bilər. Lakin öncədən futbolçuları penaltilərə hazırlamaq istəmirəm. Hər bir məşqçi və komanda əsas vaxtda qalib gəlməyi düşünür. Penaltilər seriyasına qalsaq, bu barədə meydanda qərar verəcəyik”.

Qeyd edək ki, avqustun 1-də "Şerif Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüş qolsuz yekunlaşıb. Cavab oyununun əsas və əlavə vaxtında hesab açılmasa, qalib penaltilər seriyasında müəyyənləşəcək. 
 
BAKU.WS