SİZİN REKLAM BURADA!
055 213 76 73



"Red bull Racing” klubunun pilotu Daniel Rikkardo iki həftə əvvəl Bakı Qran prisinin qalibi olması ilə nəticələnən yarışı Avstriya Qran prisindəki üçüncülüklə müqayisə edib.

BAKU.WS-in autosport.com-a istinadən verdiyi məlumata görə, pilot Avstriyadakı üçüncülüyün onun üçün daha qiymətli olduğunu bildirib.

Bakıdakı yarışda biz hadisələrin yaxşı inkişafına görə uğur qazandıq. Amma burdakı yarışda maşınımızın sürətinə görə qələbə qazandıq. Bakı trasında qəzaların çox olmasına görə birincilik qazanmışdım. İndi isə necə deyərlər maşının sürətinə görə yer tutdum. "Red bull” öz tempini artırsa, bu komanda üçün daha yaxşı olacaq”, avstraliyalı pilot deyib.

BAKU.WS