SİZİN REKLAM BURADA!
055 213 76 73



Cüdonun əfsanəsi hesab olunan Teddi Riner Azərbaycanın olimpia çempionu Elnur Məmmədlini döyüşə çağırıb.

BAKU.WS-in məlumatına görə, məğlubedilməz cüdoçu karyerasını başa vurmuş Elnur Məmmədli ilə üz-üzə gəlmək istəyir. 

Qeyd edək ki, Teddi Riner 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Fransalı cüdoçudur. İkiqat olimpiya, səkkizqat dünya, beşqat Avropa və dəfələrlə Fransa çempionu olub. Cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançı hesab olunur. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransa bayrağını daşıyıb.

Tuncay
BAKU.WS