SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Almaniyanın Dortmund şəhərində təşkil edilən Avropa Gənclər üzrə Güləş Çempionatında mübarizədə türk güləşçi Cemal Mutlu erməni güləşçi üzərində qələbə qazanıb.
 
BAKU.WS-in məlumatına görə, 50 kiloda döşəyə çıxan güləşçi bürünc medal uğrunda görüşdə erməni rəqibi Aşot Mxıtaryanı 10-2 hesabı ilə məğlub edib. Türk idmançı bu qələbə ilə bürünc medalı ölkəsinə qazandırıb.

Camal görüşdən sonra döşəkdə Türkiyə bayrağıyla birlikdə Azərbaycan bayrağını da dalgalandırıb.

Avropa Gənclər üzrə Güləş Çempionatında Türkiyə komanda olaraq 38 komanda arasından 51 xal toplayaraq Avropa üçüncüsü olub. 68 xalla Rusiya ikinci, 71 xal toplayan Gürcüstan komandası isə birinci olub.
 
Şahin
BAKU.WS