055 213 76 73
WBC muay tay üzrə dünya çempionu Zabit Səmədov haqqında maraqlı video hazırlanıb.
BAKU.WS-in məlumatına görə, görüntülərdə idmançımızın Taylanddakı məşq prosesindən anlar əks olunub.
Zabit bildirib ki, muay tay idman növü 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı nümayiş olunacaq. Onun sözlərinə görə, 2024-cü ildən Muay tay idman növünün Olimpiyadaya daxil olması gözlənilir.
Zabit ona dəstək olan hər kəsə təşəkkür edib.
WBC muay tay üzrə dünya çempionu Zabit Səmədovun videosunu təqdim edirik:
Şahin Həbibov
BAKU.WS