UEFA Avropa Liqasında çıxış edən "Qəbələ”nin futbolçusu Cavid Hüseynovun "Apollon”la matçdan sonra Türkiyə bayrağı açması qardaş ölkədə böyük marağa səbəb olub.

 
BAKU.WS-in məlumatına görə, III təsnifat mərhələsinin cavab oyununda Kiprin "Apollon” klubu ilə qarşılaşan klubumuz matçdan qələbə ilə ayrılıb. Oyun bitdikdən sonra qələbə sevinci yaşayan futbolçularımız doyunca bayram edib.
 
İlk oyunda qol sevincinə görə, yunanların qəzəbinə tuş gələn Cavid bu dəfə də rəqibə "od qoyub". Matçdakı tək qolun sahibi C.Hüseynov Türkiyə və Azərbaycan bayraqlarını açıb və iki ölkənin qardaş olduğuna diqqət çəkib. 
 
Təxminən 15 min azərbaycanlı azarkeşin izlədiyi qarşılaşmada Türkiyə və Şimali Kipr Türk Respublikası (KKTC) lehinə şüarlar da səslənib. 
 
Türkiyə mətbuatı bu hadisəni "Apollonu məğlub etdi, türk bayrağı açdı", "Türk bayrağı ilə zəfər" və ""Qəbələ"dən tarixi uğur" kimi başlıqlarla oxucularına çatdırıb. 

BAKU.WS