"Barselona" yenilənmiş "Kamp Nou"nun görüntülərini yayıb - FOTO

Barselona yenilənmiş Kamp Nounun görüntülərini yayıb - FOTO
Foto
İdman 97

İspaniyanın "Barselona"klubu yenilənmiş "Kamp Nou" stadionunun görüntülərini yayıb.

BAKU.WS "Report"-a istinadən xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb. Bir ildən çox davam edən yenidənqurma prosesindən sonra komanda dekabrda doğma arenaya qayıtmağa hazırlaşır.

Yenidənqurma işləri təxminən 1,5 milyard avroya başa gəlib. Stadionun tutumu 99 354-dən 106 000 nəfərə qədər artırılacaq. Arenanın bütün tribunaları qoruyan açılıb-bağlanan damı da olacaq.

Qeyd edək ki, komanda yenidənqurma işləri ilə əlaqədar ev oyunlarını Barselonadakı olimpiya stadionunda keçirir.

Son xəbərlər