Argentina Futbol Assosiasiyası Mərakeşlə matçın nəticəsi ilə bağlı FİFA-ya şikayət edib

Argentina Futbol Assosiasiyası 2024 Oyunlarında Mərakeşlə oyunun nəticəsi ilə bağlı FİFA-ya şikayət verib.
BAKU.WS xəbər verir ki, 23 yaşadək futbolçulardan ibarət Argentina yığması Mərakeş milli komandası ilə oyunda baş verən hadisələrlə əlaqədar olaraq, FİFA İntizam Komissiyasına lazımi tədbirlərin görülməsi xahişi ilə rəsmi şikayət daxil olub.
Bu barədə Argentina Futbol Assosiasiyası məlumat yayıb.
"Futbolda tərəfdarların təhlükəsizliyinin təmin edilməsi çox vacibdir və bunun baş verməsi üçün lazım olan hər şeyi edəcəyik" - deyə Argentina Futbol Assosiasiyasının bəyanatında deyilir.
Xatırladaq ki, Olimpiadanın ilk oyununda Mərakeşlə üz-üzə gələn Argentina yığması qarşılaşmanın 90+16-cı dəqiqəsində hesabı 2:2 edib. Qoldan sonra meydana petardalar atılıb. İki saatlıq fasilədən sonra isə oyunun baş hakimi VAR-ın qərarı ilə argentinalıların qolunu ləğv edərək Mərakeş yığmasının 2:1 hesablı qələbəsini elan edib.
Oxşar xəbərlər
“Qarabağ” Avropada 26 ölkənin bütün klublarını qabaqlayır - ARAŞDIRMA
“Qarabağ” 2023/2024 mövsümündə milli çempionatlarda toplanılan xal sayına görə Avropada 26 ölkənin bütün klublarını qabaqlayır. BAKU.WS report-a istinadən xəbər...
