SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

İtaliya Futbol Federasiyası Azərbaycan – İtaliya matçı ilə əlaqədar Dünya kubokunu Bakıya gətirəcək. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından bildiriblər. AFFA bununla bağlı azarkeşlərə müraciət də edib. 
 
AFFA-dan bildirilir ki, oyunun başlanmasına 4 saat qalmış Bakı Olimpiya Stadionuna gələcək azarkeşlər İtaliya Futbol Federasiyası tərəfindən Bakıya gətiriləcək Dünya kuboku ilə şəkil çəkdirmək imkanı qazanacaqlar. 
 
Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan – İtaliya arasında qarşılaşma baş tutacaq. Matç saat 21:00-da, Bakı Olimpiya stadionunda keçiriləcək. 
 
BAKU.WS