SİZİN REKLAM BURADA!
055 213 76 73


Düşünürəm ki, Portuqaliya yığması keyfiyyət baxımından Türkiyə millisindən bir az üstündür.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda bu gün keçiriləcək matçla bağlı danışarkən deyib.

57 yaşlı mütəxəssis hər iki yığmanın sərgilədiyi oyun və keyfiyyət baxımından orta səviyyəli komanda olduğunu söyləyib: "Onların göstərdiyi oyun Fransa, Almaniya və İspaniya ilə müqayisə oluna bilməz. Hətta Avstriya yığmasından da aşağı səviyyədədir. Amma nəzərə almaq lazımdır ki, AVRO-2024-də bir qarşılaşma keçiriblər.

Hər kollektiv ilk görüşlərdə ehtiyatlı davranır. İkinci oyunlarda daha sürətli və keyfiyyətli oynamağa çalışırlar. Çünki birinci matçı uduzmamaq onlar üçün çox vacibdir. Buna görə Türkiyə və Portuqaliya yığmaları ilk görüşlərdə ehtiyatlı oldular".

Ş.Diniyev Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu haqqında da danışıb: "O, komandanın lideridir. Ancaq hazırda çox da təhlükəli deyil. Yığmanın orta xətti isə kifayət qədər güclüdür.

Türkiyə seçməsi haqqında mənfi və ya müsbət nəsə demək çətindir. Gürcüstanla matçda müdafiədə çoxlu boşluqlar göründü. Hücumda da "dişsizlik" var. Sırf forvardla oynamırlar. Bu gün Türkiyə və Portuqaliyanın nəyə qadir olduğunu görəcəyik".

Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

BAKU.WS