SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ-nin fransalı hücumçusu Kilian Mbappe "Real Madrid"də mərkəz hücumçusu kimi çıxış edəcək.

BAKU.WS-in xəbərinə görə, "Footmercato" nəşri yazır.

Mənbənin sözlərinə görə, hücum cinahında oynamağa öyrəşmiş Mbappe Karlo Ançelottinin komandasında məmnuniyyətlə mərkəz hücumçusu rolunu öz üzərinə götürəcək.

Fransız futbolçu oyun tərzini dəyişməyə hazırdır və həmçinin başa düşür ki, hücumda ön mövqedə oynamaq onun "Qızıl Buts" və "Qızıl Top" qazanmaq şansını artıracaq.

Xatırladaq ki, Kilian 2018-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.

Onun bu yay transfer pəncərəsində Madrid "Real"ı ilə müqavilə bağlayacağı gözlənilir.

BAKU.WS