SİZİN REKLAM BURADA!
055 213 76 73


Mövsümün əvvəlində "Qalatasaray"dan "Aston Villa"ya icarəyə verilən və yayda komandaya dönəcəyi gözlənilən Nikolo Zaniolo üçün "Atletiko Madrid"in təklif irəli sürdüyü iddia edilib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

"Aston Villa"da gözlənildiyi kimi çıxış edə bilməyən Nikolo Zaniolonun yayda "Qalatasaray"a dönəcəyi deyilir.

Qeyd olunub ki, ulduz futbolçu ilə İtaliyanın "Fiorentina", "Yuventus", "Latsio" və "Milan" komandalarının maraqlanır.

Məlumata görə, "Atletiko Madrid"in Nikolonu heyətinə qatmaq istəyir.

Həmçinin "Atletiko"nun bu transfer üçün İstanbul təmsilçisinə təklif irəli sürdüyü bildirilir.

"Atletiko Madrid"in Nikolo Zaniolonun transfer qiyməti üçün "Qalatasaray"a 18 milyon avro təklif etdiyi iddia edilib. Bu təklif "sarı-qırmızılılar" tərəfindən rədd edilib.

"Aston Villa"nın ulduz futbolçunun seçimindən istifadə etməsə, "Qalatasaray"ın ən azı 20 milyon avroya başqa komandaya satışına icazə verməsi gözlənilir.

Xatırladaq ki, "Qalatasaray" 2023-cü il avqustun 18-də Nikolo Zaniolonun "Aston Villa"ya müvəqqəti transferini rəsmi olaraq açıqlamışdı.

BAKU.WS