SİZİN REKLAM BURADA!
055 213 76 73


“Fənərbağça”dan İngilis nəhəngi “Mançester Yunayted”ə transfer olan Altay Bayındır yenidən Türkiyəyə qayıda bilər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, “Yunayted”lə cəmi 1 matça çıxan Bayındırın yeni ünvanı “Qalatasaray” olacaq.

Məlumata görə, onun sezon sonunda İngiltərədən ayrılacağı dəqiqləşib. “CİmBom” isə transferlə bağlı danışıqlara indidən start verib.

Bayındırın Türkiyə liqasında oynaya biləcəyi klublar arasında “Beşiktaş”ın da adı hallanır.

BAKU.WS