SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Ankaragücü" matçından sonra mətbuata açıqlamalar verib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, çıxdığı hər matçı çempionluq matçı kimi gördüyünü deyib:

"Çətin səfər matçı gözləyirdik. Uzun müddətdən sonra rəqibin azarkeşi ilə ilk matçı idi. Matça yaxşı başlamaq vacib idi. Azarkeşlər rəqibdə ruh yüksəkliyi yaratmamışdan əvvəl qol vurmalı idik.

İlk 15 dəqiqədə buna nail olduq. Erkən qollar bizi ayağa qaldırdı, rəqibi isə aşağı saldı. Ümumi oyunda biz üstün tərəf idik. İstədiyimiz 3 xalı qazandıq. Zədəsiz yaxşı matç oldu.

10 gün əvvəllə müqayisədə meydançada böyük fərq var idi. Oyunçulara mənfi təsir edəcək ot örütüyü yox idi. Bu diqqəti göstərənlərə təşəkkür edirəm”.

Okan Buruk hər 3 kubokda hədəflərinin olduğunu və çempion olmaq istədiklərini bildirib:

"Çempionluğa olan inamımızı açıq şəkildə göstəririk. Biz də Avropada uğurları çox istəyirik. Müqayisə etmək istəyirəm. Komandanı 2000-ci ilin ruhuna uyğunlaşdırdıq. Uğur qazanmaq üçün daha çox iş görməliyik. Məqsədimiz liqada çempion olmaq və yenidən Avropa finalında oynamaqdır. Bu hədəflərə çatmaq bizim üçün əhəmiyyətli bir arzudur".

Xatırladaq ki, Superliqanın 26-cı həftəsində "Qalatasaray" səfərdə MKE "Ankaragücü"nə 3:0 hesabı ilə qalib gəlib.

BAKU.WS