SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk və həyat yoldaşı Nihan Akkuş Buruk 17 illik evliliklərini bitirib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Ali Yiğit adlı 15 yaşlı oğulları olan Buruk cütlüyünün ötən ay boşandığı məlum olub.

Hələki tərəflərdən bu barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Okan və Nihan 2007-ci ilin iyulunda evləniblər.

2013-cü ildə boşanmaq üçün məhkəməyə müraciət edən cütlük daha sonra evliliklərinə bir şans daha vermək qərarına gəlmişdi.

Nihan Buruk moda dünyasının tanınmış simalarından biridir.

Universitet illərində Türkiyə gözəllik yarışmasına da qatılan modelyer Almaniyanın Axen şəhərində keçirilən "Top Model of The World 2003" yarışmasında "Top Model" seçilərək birincilik qazanıb.

BAKU.WS
QALEREYA