"Fənərbağça" sevərlərə PİS XƏBƏR - Ulduz futbolçu 4-6 həftə oynaya bilməyəcək - FOTO

Fənərbağça sevərlərə PİS XƏBƏR - Ulduz futbolçu 4-6 həftə oynaya bilməyəcək - FOTO
Foto
İdman 1

"Samsunspor" matçında zədələnən "Fənərbağça"nın ulduzu Fredin sağ budunun ön hissəsinin vətərində yırtıq olduğu açıqlanıb.

BAKU.WS xəbər verir ki, braziliyalı futbolçu 4-6 həftə meydanlardan uzaq qalacaq.

"Dünən axşam "Samsunspor" ilə oynadığımız matçda zədələnən və oyunu tərk etmək məcburiyyətində qalan oyunçumuz Fred Rodrigues üçün MR müayinəsi aparıldı. Müayinələr çərçivəsində, sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərinin qopması aşkarlanan futbolçumuzun müalicəsi dərhal başladı".

Fred 4-6 həftə yaşıl meydanlardan uzaq ola bilər. Fredin əvəzinə sarı-göylü komandanın ilk 11-liyinə ən güclü namizədlər yeni transfer Rade Kruniç və Linkoln Henriquedir.

Son xəbərlər