SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" klubu futbolçusu Rahil Məmmədovun Polşa təmsilçisi LKS-ə (Lodz) keçməsinə icazə verib.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq, 28 yaşlı müdafiəçiyə getməklə bağlı icazə verib: "Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, “Qarabağ” icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə icazə verdi. Futbolçu yaxın günlərdə həkim müayinəsindən keçəcək. Proses uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. "Qarabağ" hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi, qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç birinin buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçi Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik də etiraz etmədi".

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır. LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.

BAKU.WS