SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça" ara transfer dövrü üçün işlərini sürətləndirir.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin Almaniya Bundesliqa komandalarından "Union Berlin"də çıxış edən Leonardo Bonuççi ilə görüşdüyü məlum olub.

Qeyd edək ki, Leonardo Bonuççi mövsümün əvvəlində transfer olunduğu "Union Berlin"də 10 oyun keçirib və 1 qol vurub.

Bundesliqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 36 yaşlı müdafiəçinin hazırkı transfer qiyməti 1 milyon 500 min avrodur.

BAKU.WS