SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi “GQ Men of The Year” mükafatlandırma mərasimində Türkiyədə "İlin idmançısı" adına laiq görülüb.

BAKU.WS xəbər verir ki, ona bu mükafatı həyat yoldaşı və meneceri Vanda Nara təqdim edib.

Mərasimdə Nara İstanbulu daha əvvəl uşaqlarla tətilə getdiyi üçün tanıdığını və illər öncə qızına “Qalatasaray” forması aldığını deyib:

“Burada Françeskaya "Qalatasaray" forması aldım və bir neçə il sonra Mauro "Qalatasaray"a transfer oldu. İstanbul çox gözəl şəhərdir. Mauronu köçməyə razı saldım. Yeni evimiz İstanbul oldu, çox təşəkkür edirik. Bu mükafatı "Qalatasaray" üçün əlindən gələn hər şeyi edən Mauro İkardiyə verirəm".

Mükafatı həyat yoldaşı Vanda Naradan alan İkardi səhnədəki çıxışında bunları deyib:

“İlin idmançısı mükafatını burada almaq mənim üçün çox özəldir. Keçən həftə futbol dünyasında çox pis hadisə baş verdi. Bu baxımdan özümüzü inkişaf etdirməyimiz lazım olduğunu söyləmək istəyirəm. “Qalatasaray”a çox təşəkkür edirəm. Onların sayəsində buradayam".

BAKU.WS
VİDEO

VİDEO