SİZİN REKLAM BURADA!
055 213 76 73


Leverkuzenin "Bayer" klubunun yarımmüdafiəçisi Qranit Caka Bundesliqanın 11-ci turu çərçivəsində "Unian" Berlənə qarşı keçirdikləri matçdan danışıb.

BAKU.WS Kicker nəşrinə istinadən xəbər verir ki, Caka komandasının 4:0 hesablı qələbə qazandığı qarşılaşmada layiqli qələbə qazandıqlarını bildirib.

"Biz oyunun çox hissəsini kontrol altında keçirdik. Pressinq edərək, kontrpressinqdə möhtəşəm idik. Biz hətta topsuz epizodlarda da çox kompakt idik. Bizim əla kontrpressiqimiz var və biz az qol buraxırıqı. Hücumda pis deyilik müdafiədə isə hələ özümüzü inkişaf etdirməliyik", - deyə Caka bildirib.

Qeyd edək ki, "Bayer" Bundesliqada 11 turdan sonra 31 xalla liderlik edir. 29 xal toplayan Münhen "Bayern"i ikinci pillədədir. Avroliqanın H qrupunda yer alan "Bayer 04" keçirdiyi 4 oyundan sonra maksimum - 12 xal yığıb. Qrup lideri olan Leverkuzen təmsilçisini 6 xal toplamış Ağdamın "Qarabağ" klubu izləyir. Qrupun son oyununda "Bayer" Bakıda keçirilən matçın 90-cı dəqiqəsinə əlavə olunmuş vaxtında "Qarabağ"ın qapısına təyin olunmuş penaltini qola çevirərək 1:0 hesablı çətin qələbə ilə qalib gəlmişdi. 

BAKU.WS