SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Liqası çərçivəsində çıxdığı "Beşiktaş"la matçda zədələnən Mauro İkardinin vəziyyəti yaxşılaşır. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 3 oyundur meydana iynə vuraraq çıxan argentinalı "Bayern" (Münhen) və "Hatayspor"la matçdan sonra istirahətə yollanacaq. 

Xüsusi icazə veriləcək ulduzun komandaya qayıdana qədər tam sağalması gözlənilir. Təcrübəli hücumçu tam hazır olmasa, Okan Buruk onu riskə atmayacaq.

BAKU.WS