SİZİN REKLAM BURADA!
055 213 76 73


Madrid "Real"ının və İngiltərə millisinin yarımmüdafiəçisi Jud Bellinqem uşaqlıqdan Zinəddin Zidana azarkeşlik etdiyini açıqlayıb.

BAKU.WS İspaniya mətbuatına istinadən xəbər.

Jud Zidanı atası sayəsində tanıdığını bildirib:

"Atamın aldığı saxta Zidan forması var idi. Onu hər yerə aparardı. Bir gün ondan soruşdum ki, bu adam kimdir? Dedi get yutubda bax. O vaxtdan bəri dayanmadan Zidana baxırdım. Zidan olmaq istədiyim oyunçu idi".

Qeyd edək ki, Jud "kral klubu"nda Zidan kimi 5 nömrəli formanı geyinir.

Xatırladaq ki, "Real Madrid" Cud Bellinqemi Dortmund "Borussiya"sından transfer edib. Yarımmüdafiəçi ilə altı illik müqavilə imzalanıb.

Madridlilər bu keçid üçün qarşı tərəfə 103 milyon avro ödəyiblər.

Jud Bellingem "Borussiya"ya 2020-ci ildə İngiltərənin "Birmingem" klubundan 25 milyon avroya keçmişdi.

BAKU.WS