SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın nüfuzlu çempionat.com idman portalı Ağdamın "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Bayer"ə (Leverkuzen) qarşı keçirdiyi matça geniş yazı həsr edib. 

BAKU.WS xəbər verir ki, nəşr əsasən "Qarabağ"ın rus qolkiperi Andrey Lunyovun oyununu analiz edərək onun vurulan qollarda nə qədər səhvinin olduğunu müəyyənləşdirib. Rusiyalı həmkarlarımız Lunyovun vurulan 5 qoldan yalnız birində ciddi səhv etdiyini vurğulayıblar.

Bonifasenin uzaqdan vurduğu zərbəni önünə qaytaran Lunyovun bu səhvlə Tapsobaya qol vurmaq üçün "hədiyyə" etdiyi bildirilib. Hesabın belə böyük olmasının səbəbini isə Lunyovun zəif oyununda deyil, almanların daha keyfiyyətli klub olması ilə əlaqələndirilib.

Qeyd edək ki, ötən gün "Qarabağ" Avropa Liqasının H qrupu çərçivəsində Leverkuzendə Almaniyanın "Bayer" klubuna qarşı matça çıxıb. Oyun 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb. Qrupa 9 xalla "Bayer" klubu liderlik edir. 3 oyundan sonra aktivinə 6 xal yazdırmağı bacaran "Qarabağ" isə ikinci yerdədir.

BAKU.WS