SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın ulduzu Mauro İkardinin həyat yoldaşı Vanda Nara mətbuata çox özəl açıqlamalar verib.

BAKU.WS-in xəbərinə görə, o, ulduz hücumçu ilə münasibətindən tutmuş uşaqlıq təcrübələrinə qədər naməlum detalları paylaşıb.

"Mauro çox təvazökar bir ailədən gəlir. Həmişə mənə uşaqlığında pulunun olmadığını və yemək üçün ov etdiklərini deyirdi. Ona görə də övladları üçün əlindən gələni edir. Məsələn, iPhone 15 çıxan kimi hamısına bir ədəd aldı. Onunla çox yaxşı münasibətimiz var. Onu 12 ildir tanıyıram. Bu çox uzun və günümüzdə davam etdirilməsi çətin olan münasibətdir. Mən ilk növbədə Mauronun ürəyinə və nə qədər yaxşı insan olduğuna baxıram. Bəlkə də yaşlandıqca qısqanclığım azalır. Qadınların pis baxışları məni incidir. Bir-birimizə daha empatik baxmalıyıq. Özümü dünyanın ən gözəl qadını kimi hiss etmirəm, amma bilirəm ki, mənim kimi başqa qadın yoxdur. Şəxsiyyət və yaxşı insan olmaq sizi həqiqətən fərqləndirən şeydir".

Vanda Maradona ilə haqqında çıxan şayiələrə də açıqlama gətirib:

"Deyirlər ki, mən Maradona ilə birlikdə olmuşam və bunu həmişə inkar etmişəm, bu cəfəngiyyatdır. Bilmirəm, məni yoxlamadan, soruşmadan barəmdə çox şeylər deyilir".

O, xəxtəliyindən də danışıb: 

Təbii ki, mənim xəstəliyim həssas məsələ idi, amma bunu elan etdiyi üçün Lanatanı məhkəməyə verməməyə qərar verdim. Çünki o, jurnalistdir və bu məlumatı paylaşmalı idi. Həkimlərin niyə bunu mənə demədiyini soruşdum. Ölümü və uşaqlarımı düşündüm. Mənim üçün günlər idi".

BAKU.WS