SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi zədələnib.

"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hücumçu "Beşiktaş"a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın IX tur oyununda sıradan çıxıb.

Argentinalı forvard ayağından zədə alıb.

"Sarı-qırmızılar" onun müalicəsinə başlanıldığını bildirib.

Qeyd edək ki, "Qalatasaray" oktyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.

BAKU.WS