SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Beşiktaş” klubu ilə bağlı Türkiyə futbolsevərlərini təəccübləndirən iddia ortaya atılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, komandanı Fatih Terimin çalışdıracağı irəli sürülür.

Şenol Günəşin istefasından sonra Burak Yılmazın əvəzlədiyi klub hazırda baş məşqçi axtarışındadır.

Adı hələlik məlum olmayan prezidentliyə namizədin Fatih Terimlə görüşdüyü iddia edilib.

“Beşiktaş”ın prezidentliyə namizədinin Fatih Terimə böyük transfer büdcəsi verərək məşqçi təklifi etdiyi iddiası gündəmə bomba kimi düşüb.

Bu iddiadan sonra sosial media sözün əsl mənasında bu xəbərlə sarsılıb.

Bir çox futbolsevər xəbərin doğru olma ehtimalının az olduğunu və Fatih Terimin “Beşiktaş”ı çalışdırmayacağını bildirən paylaşımlar edib.

Qeyd edək ki, UEFA Konfrans Liqasında “Luqano” ilə matçda 2-0 önə keçən “Beşiktaş” daha sonra 3-2 hesabı ilə məğlub olub. Klubda ortalığın qarışdıran da məhz həmin matçdakı gözlənilməz məğlubiyət idi.

BAKU.WS