2026-cı il Olimpiya oyunlarının ilk qalibi məlum oldu
İsveçrəli dağ xizəkçisi Franyo fon Allmen İtaliyanın Bormio şəhərində keçirilən Olimpiya oyunlarında sürətli eniş yarışında qızıl medal qazanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qalib 1 dəqiqə 51,61 saniyə nəticəsini göstərib. İkinci yeri italiyalı Covanni Frantsoni, üçüncü yeri isə italiyalı Dominik Paris tutub.
24 yaşlı fon Allmen 2025-ci ildə ikiqat dünya çempionu olub və həmin turnirdə sürətli enişdə və komanda kombinasiyasında qalib gəlib.
İdmançılar İtaliyada keçirilən Olimpiya oyunlarında ilk medal dəsti uğrunda mübarizə aparıblar. Oyunlar fevralın 22-də başa çatacaq. Ümumilikdə 116 medal dəsti oynanılacaq.
Oxşar xəbərlər
"Yuventus" klubu Kenan Yıldızla razılığa gəldi - Müqavilənin detalları
Turinin "Yuventus" klubu hücumçu Kenan Yıldız və onun menecerləri ilə yeni uzunmüddətli müqavilə barədə şifahi razılığa gəlib. BAKU.WS Oxu.Az-a istinadən xəbər...