SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın “Sevilya” klubunun futbolçusu Serxio Ramos La Liqanın tarixinə düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb. 

37 yaşlı müdafiəçi V turda “Las Palmas”la (1:0) görüşdə meydana çıxaraq buna nail olub.

Ramosun “Sevilya”nın heyətində birinci dönəmindəki son oyunu ilə komandaya qayıtdıqdan sonra meydana çıxdığı ilk görüş arasında 18 il 20 gün fərq var. Bu isə La Liqa tarixində bir futbolçunun eyni klubda ardıcıl iki oyunu arasındakı ən uzun fərqdir.

Ulduz futbolçu 17 il 216 gündən sonra “Vilyarreal”a qayıdan Pepe Reynanın rekordunu yeniləyib.

Xatırladaq ki, Ramos bu yay Fransanın PSJ klubundan ayrıldıqdan sonra “Sevilya”ya qayıdıb.

BAKU.WS