SİZİN REKLAM BURADA!
055 213 76 73


"Adının bizimlə anılması Ramosa əlavə dəyər qatdı".

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin ikinci liqasında çıxış edən “İnegölspor” klubunun prezidenti Osman Sevim dünyaca məşhur ispan futbolçu Serxio Ramosla bağlı transfer iddialarına cavab verərkən deyib.

Məlumata görə, PSJ ilə müqaviləsi başa çatan 37 yaşlı Serxio Ramos azad agent statusu alıb.

Təcrübəli müdafiəçinin adı Türkiyənin 2-ci Liqa təmsilçisi “İnegölspor” ilə anılıb. Sözügedən iddiadan sonra əcnəbi oyunçuların oynaması qadağan edilən “İnegölspor” başqanı bu açıqlamanı verib:

“Dünya şöhrətli futbolçu Serxio Ramosun “İnegölspor”la birlikdə anılması bizi həqiqətən də şərəfləndirdi. Ancaq bütün Türkiyə kimi biz də belə bir şeyin mümkün olmadığını bilirik. “İnegölspor” böyük klubdur, Türkiyənin hər yerində futbolçu yetişdirmiş klubdur. Bütün Türkiyənin tanıdığı “İnegölspor”un adının dünyada da hallanması bizi həqiqətən qürurlandırır. Düşünürəm ki, “İnegölspor”un adının Serxio Ramosla çəkilməsi bizim qədər Serxio Ramosa da güc qatıb. Biz Serxio Ramosdan böyük klubuq. Serxio Ramosdan daha böyük adımız var”.

BAKU.WS