SİZİN REKLAM BURADA!
055 213 76 73


“WhoScored” nəşri AVRO-2024-ün seçmə mərhələsində ən çox seyv edən qapıçıların siyahısını açıqlayıb.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də ilk “5-liy”ə düşüb.

Araşdırma turnirdə 10-dan çox qurtarış edən qapıçılar arasında aparılıb. Reytinqə 100 faizlik göstərici ilə iki qapıçı başçılıq edir.

Fransalı Mayk Menyan və macarıstanlı Denes Dibuşi məhz Məhəmmədəliyev izləyir. Onun göstəriciləri 91,7 faizlə qiymətləndirilib. Məhəmmədəliyev performansı, statistikası və reytinqinə görə Avropada üçüncü sıradadır.

1-2. Mayk Menyan (Fransa) – 100%

Denes Dibuş (Macarıstan) – 100%

3. Şahruddin Məhəmmədəliyev (Azərbaycan) – 91,7%

4-5. Dominik Livakoviç (Xorvatiya) – 91%

Anqus Qann (Şotlandiya) – 91%

BAKU.WS