SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda İordaniya yığması ilə üz-üzə gəlib.

"Dalğa Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib. 79-cu dəqiqədə Renat Dadaşov qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində eyni arenada Belçikaya 0:1 hesabı ilə uduzub.

***21:38

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda üçüncü qol vurulub.

Azərbaycan yığması yenidən hesabda önə keçib - 2:1.

79-cu dəqiqədə Renat Dadaşov fərqlənib.

***21:17

Bakıda futbol üzrə kişilərdən ibarət Azərbaycan və İordaniya milliləri yoldaşlıq oyununda üz-üzə gəlirlər.

Qarşılaşmanın 57-ci dəqiqəsində hesab bərabərləşib.

Qonaqların heyətində Nizar Əl Rəşdan fərqlənib 1:1.

***21:10

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ikinci hissə başlayıb.

Azərbaycan yığması 1:0 hesabı ilə öndədir.

Emin Mahmudov 45+1-ci dəqiqədə penaltidən fərqlənib.

***20:50

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda hesab açılıb.

Azərbaycan yığmasının heyətində Emin Mahmudov 45-ci dəqiqədə penaltidən fərqlənib.

Tərəflər fasiləyə bu hesabla yollanıblar.

***20:00

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu başlayıb.

“Dalğa Arena”dakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü türkiyəli FIFA referisi Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

***19:47

Beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan və İordaniya millilərinin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.

İordaniya: Yazid Əbu Layla, Mustafa Eid, Yazan əl-Arab, Abdullah Nəsib, İhsan Haddad, Nizar Əl Raşdan, Raqayi Ayed, Musa Hammad, Əli Olvan, Mahmud Almardi, Həmzə əl-Dardur.

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

BAKU.WS