SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol dünyasının ən prestijli mükafatlarından sayılan “Qızıl top”un təşkilatçıları tərəfindən ilin ən yaxşı futbolçusu mükafatına namizədlər açıqlanıb. 

BAKU.WS xəbər verir ki, siyahıda mükafatı ən çox qazanan ikinci futbolçu Kriştiano Ronaldonun adı 19 ilin ardından ilk dəfədir ki yer almayıb.

Səudiyyə Ərəbistanında çıxış edən portuqaliyalı ulduzla yanaşı Neymar da bu il mövsümün ən yaxşıları arasında yoxdur.

Andre Onana (“Mançester Yunayted”), Kərim Benzema (“Əl İttihad”), Yoşko Qvardiol (“Mançester Siti”), Camal Musiala (“Bayern”), Məhəmməd Salah (“Liverpul”), Emiliano Martinez (“Aston Villa”), Xviça Kvaratsxeliya (“Napoli”), Yasin Bono (“Əl-Hilal”), Martin Odeqaard (“Arsenal”), Julian Alvares (“Mançester Siti”), İlkay Gündoğan (“Barselona”), Vinisius Junior (“Real Madrid”), Ruben Dias (“Mançester Siti”), Erlinq Holand (“Mançester Siti”), Nikolo Barella (“İnter”), Cud Bellinqem (“Real Madrid”), Bukayo Saka (“Arsenal”), Kevin de Bruyne (“Mançester Siti”), Bernardo Silva (“Mançester Siti”), Randal Kolo-Muani (PSJ), Lionel Messi (“İnter Mayami”), Rodri (“Mançester Siti”) , Lautaro Martinez (“İnter”), Antuan Qrizmann (“Atletiko Madrid”), Robert Levandovski (“Barselona”), Kilian Mbappe (PSJ), Viktor Osimhen (“Napoli”), Kim Min Je (“Bayern”), Luka Modriç (“Real Madrid”) və Harri Keyn (“Bayern”) “Qızıl top”a namizədlər sırasında yer alıblar.

Qeyd edək ki, mükafat oktyabrın 30-da Parisdə təqdim olunacaq.

BAKU.WS