20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, son gündə komanda yarışları keçirilib.
Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 7 klub və idman cəmiyyətini təmsil edən 8 kollektiv kubok uğrunda mübarizə aparıb.
Görüşlər 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində baş tutub.
"Neftçi" İK yekunda baş mükafata sahib çıxıb. "Kanokan-TT" İK gümüş medala yiyələnib. "Sərhədçi" İM və "Judo Club 2012" komandaları isə III yeri tutublar.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...