Kadinin vurduğu qol həftənin ən yaxşıları SİYAHISINDA - Səs verin! - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlərin siyahısı açıqlanıb.
BAKU.WS xəbər verir ki, siyahıda dünən "Omoniya" ilə oyunda baxımlı qola imza atan "Qarabağ"ın oyunçusu Kadi Borgesin də adı var.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.
25 yaşlı yarımmüdafiəçinin vurduğu qolu birinci etmək üçün azarkeşlər bu linkə daxil ola bilərlər.
Qeyd edək ki, Kadi Borgesin rəqibləri Aleksandr Qlişiç (“Alaşkert”, Ermənistan), Maksimilian Vittek (“Vitess”, Niderland) və Ziqa Kousdur (“Mura”, Sloveniya).
Oxşar xəbərlər
Qurban Qurbanov: "Omoniya" ilə oyunda ehtiyatlı olmalıyıq"
"Son vaxtlar bu ölkəyə tez-tez gəlirik. Yenidən burada olmaq mənim üçün xoşdur. Qarşılaşdığımız hər komandanın öz oyun fəlsəfəsi var. "Omoniya" həmin rəqiblərdə...