Futbolçumuz Lüksemburqla oyunda aldığı qırmızı vərəqə ilə millinin tarixinə düşdü

Futbolçumuz Lüksemburqla oyunda aldığı qırmızı vərəqə ilə millinin tarixinə düşdü
İdman 350

“Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov Azərbaycan millisinin tarixinə düşüb.

BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, o, yığmanın heyətində ən erkən qırmızı vərəqə alan futbolçudur.Tellur DÇ-2022-nin seçmə mərhələsinin hazırda davam edən Lüksemburqla qarşılaşmasının 21-ci dəqiqəsində meydandan qovulub. Onadək millinin heç bir oyunçusu belə erkən qırmızı vərəqə almayıb.

Mütəllimov komanda yoldaşı Mahir Emrelinin “rekord”unu qırıb. Hücumçumuz ötən ilin payızında 25-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. Maraqlıdır ki, o da Lüksemburqla görüşdə belə aqibəti yaşayıb. Millətlər Liqasının 2020-ci il sentyabrın 5-dəki görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər