DÇ-2022: Lüksemburq Azərbaycanla oyunda hesab arasındakı fərqi artırdı - YENİLƏNİB

DÇ-2022: Lüksemburq Azərbaycanla oyunda hesab arasındakı fərqi artırdı - YENİLƏNİB
İdman 176

Azərbaycan - Lüksemburq oyununda hesab arasındakı fərq artıb.

BAKU.WS xəbər verir ki, Gerson Rodrigez 90+1-ci dəqiqədə millimiz ilə oyunda dubl edərək komandasının 3-cü qolunu vurub.

***

22.44

Azərbaycan - Lüksemburq oyununda millimiz ilk qolunu vurub.

BAKU.WS xəbər verir ki, oyunun 82-ci dəqiqəsində Azər Salahlı hesab arasındakı fərqi azaldıb.

***

22.39

Azərbaycan - Lüksemburq oyununda ikinci qol vurulub.

BAKU.WS xəbər verir ki, Sebastian Thill 78-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.

***

22.28

Azərbaycan və Lüksemburq yığmalarının oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, qolu 67-ci dəqiqəsində Lüksemburqun Gerson Rodrigez vurub.

***

21.23

2022-ci il dünya çempionatının seçmə oyunu çərçivəsində qarşılaşan Azərbaycan və Lüksemburq yığmalarının oyununda hakim qırmızı vərəqə təyin edib.

BAKU.WS xəbər verir ki, avstriyalı FIFA referisi Manuel Şüttenqruber qarşılaşmanın 21-ci dəqiqəsində millinin futbolçusu Tellur Mütəllimova kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər