SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti mətbuatda Səudiyyə Ərəbistanına gedəcəyi bildirilən Luka Modriç haqqında danışıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Selta de Viqo" matçından əvvəl mətbuat konfransı keçirən Karlo Ançelotti Luka Modriçin ayrılmaq istədiyi iddialarına cavab verib.

"Kral klubu"nun baş məşqçisi "Luka Modriç Səudiyyə Ərəbistanına gedir? O, burda qalmağa çoxdan qərar vermişdi. O, oynamadığı üçün xoşbəxt deyil. Lukanın oynamadığını görmək qəribədir, amma oynadığı dəqiqələr olacaq. Mövsüm boyu bizə kömək edəcək", - deyə açıqlamasında bildirib.

Qeyd edək ki, son günlər İspaniya mətbuatında Modriçin xoşbəxt olmadığı və komandadan ayrılmaq istəməsi ilə bağlı xəbərlər tez-tez yer almağa başlayıb.

Xorvatiyalı ulduzun "Avro-2024" hədəfi olduğu üçün matçlarda oynamaq istədiyi məlum olub.

Xatırladaq ki, yarımmqdafiəçi, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun 3 mövsüm üçün 200 milyon avroluq təklifini geri çevirmişdi.

BAKU.WS