SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin "Nyukasl" klubu yeni transferini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb. 

Premyer Liqa təmsilçisi "Lester"in yarımmüdafiəçisi Harvi Barnsı heyətinə cəlb edib.

Maliyyə təfərrüatları açıqlanmasa da, lakin Britaniya mətbuatının məlumatına görə, "Nyukasl" bu transfer üçün qarşı tərəfə 40 milyon funt-sterlinq ödəyib. 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ingiltərəli futbolçu ötən mövsüm Premyer Liqada 13 qol və 1 qol ötürməsi ilə yada qalıb.

Hazırda Transfermarkt oyunçunu 35 milyon avro qiymətləndirir.

BAKU.WS