SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" növbəti transferini gerçəkləşdirib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

İstanbul təmsilçisi "Brentford"dan Halil Dervişoğlunu transfer edib.

Türkiyə millisinin 23 yaşlı hücumçusunun transferi üçün 500 min avro ödənilib.

Futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Daha əvvəl iki dəfə icarə əsasında "Qalatasaray"ın formasını geyinən Halil 3-cü dəfə sarı-qırmızılıların heyətinə qatılacaq.

Qeyd edək ki, futbolçu ilə "Beşiktaş" klubu da yaxından maraqlanırdı.

BAKU.WS