SİZİN REKLAM BURADA!
055 213 76 73


"Əl Nəsr" klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo Ərəbistan çempionatının yutub kanalına ekskluziv müsahibə verib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı forvard müsahibəsində "Əl Nəsr" klubundakı karyerası, Səudiyyə Ərəbistanı çempionatının çatışmazlıqlarından, Ramazan ayında məşqlərin çətinliklərindən danışıb.

"Mən xoşbəxtəm, burada oynamaq istəyirəm və oynamağa davam edəcəyəm. Fikrimcə, görmək istədikləri işləri davam etdirsələr, o zaman yaxın 5 ildə Səudiyyə Ərəbistanı çempionatı dünyanın ən yaxşı 5 liqasına daxil ola bilər. Bu mövsüm nəsə qazanacağıma ümid edirdim, amma alınmadı. Lakin mən çox pozitivəm və əminəm ki, hər şey dəyişəcək və yaxşılığa doğru gedəcək. Gəlin buna inanaq və bu istiqamətdə çalışaq", - deyə Kriştiano "Əl Nəsr" klubundakı gələcəyi barədə bildirib.

Səudiyyə Ərəbistanı çepionatının çatışmazlığından danışan portuqaliyalı deyib:

"Liqaya gəlincə, bu, çox yaxşı çempionatdır. Düşünürəm ki, bizim inkişaf üçün daha çox yerimiz var. Bizim yaxşı komandalarımız, rəqabətə davamlı və çox yaxşı oyunçularımız var. İnfrastrukturun hələ də bəzi təkmilləşdirmələrə, eləcə də hakimlərə və VAR-a ehtiyacı var. Hesab edirəm ki, sistem daha sürətli olmalıdır", - Ronaldo bildirib.

Forvard Ramazan ayında məşqlərin çətinliyinə də toxunub:

"Ramazan başlayanda bəzən saat 22:00-da məşq edirdik, bu, mənə çox qəribə gəlirdi. Bunlar tamamilə fərqli təcrübələr, xatirələr və vəziyyətlərdir. Mən bunları yaşamağı xoşlayıram, çünki biz bu yeni mədəniyyətlərdən nələrsə öyrənirik", - ulduz futbolçu qeyd edib.

Xatırladaq ki, 38 yaşlı portuqaliyalı bu il yanvarın 2-də "Ən-Nəsr"ə keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq.

BAKU.WS
VİDEO