VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan karateçisi, 5 dəfə dünya, 10 dəfə Avropa çempionu olan Rafael Ağayev BAKU.WS saytının qonağı olub. 
 
BAKU.WS-in məlumatına görə, Facebook-da canlı yayıma qoşulan idmançımız idmansevərlərin suallarını cavablandırıb. 
 
Ona verilən "Briliyant oğlan" ünvanın tarixçəsi barədə danışan Rafael bunları deyib: "Bu adı mənə Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinos verib. O demişdi ki, Rafaeli karatenin "Maradona"sı kimi qəbul edirəm. Beləliklə də mənə bu adı tez-tez deməyə başladılar".
 
İdmançımız barmağının üst tərəfədən sındığını deyib: "Hələ üç həftə barmağımız belə qalacaq. Əməliyyat lazımdır. Ola bilsin ki, barmağım düzəlsin və ya əyri qalsın. Bir barmaqla mənə heçnə olmaz". 
 
Karateyə necə gəldiyindən danışan Rafael bu idman növünü seçməkdə özünün təşəbbüskar olduğunu qeyd edib: "Uşaqlıqdan Brüs Linin kinolarına çox baxmışam. Bununla yanaşı küçə döyüşlərində də çox dalaşmışam. Heçnədən qorxmamışam. Karate ilə futbol arasında qalmışdım. Sonda karateni seçdim və şükürlər olsun ki, uğurlu seçim oldu". 
 
Rafael Ağayevin müsahibəsi ilə daha ətraflı aşağıdakı videoda tanış ola bilərsiniz.  

Şahin Həbibov
BAKU.WS