SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ ilə müqaviləsi sezon sonu başa çatacaq Lionel Messi “Barselona”ya qayıtmayacaq.

BAKU.WS Mundo Deportivoya istinadən xəbər verir ki, "Əl Hilal" da daxil olmaqla bir çox klublardan təklif alan argentinalı ulduz bir neçə gündən sonra gələcəyi ilə bağlı qərarını verəcək.

Məlumata görə, Messinin seçimləri arasında əfsanələrindən biri olduğu “Barselona” yoxdur.

Qeyd olunub ki, “Barselona”nın prezidenti Joan Laporta və baş məşqçi Xavi Hernandezin marağından xəbərdar olan Messi klubdan konkret addım görmədiyi üçün daha gözləmək istəmir və yeni klubunu qısa müddət sonra müəyyən etməyi hədəfləyir.

Xatırladaq ki, argentinalı ulduz bu mövsüm PSJ-nin heyətində 40 rəsmi oyuna çıxıb. 35 yaşlı Lionel bu matçlarda 21 qol vurub, 20 məhsuldar ötürmə edib.

BAKU.WS