Azərbaycanın U-19 millisi Şimali Makedoniyaya məğlub olub
 
                            
                            
                                27
                                mar
                            
                                2023
                                20:10
                            
                            19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Şimali Makedoniyaya məğlub olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Bakıda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Halbuki “Dalğa Arena”dakı matçda hesabı Aqil Nəbiyevin yetirmələri açıblar. 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib. Lakin Marko Stoyilevskinin 77, Hacika Canovskinin isə 85-ci dəqiqədə vurduğu qol Şimali Makedoniyaya qalibiyyət gətirib.
Qeyd edək ki, bu komandalar arasında martın 24-də keçirilən ilk yoxlama görüşü qolsuz bərabərliklə başa çatıb.
Oxşar xəbərlər
İspaniya millisi dünya çempionatına darmadağınla başlayıb - YENİLƏNİB
İspaniya millisi Qətərdə keçirilən dünya çempionatına darmadağınla başlayıb. E qrupunun ilk turunda Kosta Rikanı sınağa çəkən Avropa təmsilçisi 7:0 hesablı qələ...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    