Tuxel "Bavariya"nın baş məşqçisi oldu

Tuxel Bavariyanın baş məşqçisi oldu
İdman 125

Tomas Tuxel Almaniyanın "Bavariya" klubunun yeni baş məşqçisi postunu tutub.

BAKU.WS xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidmətindən bildirilib.

49 yaşlı alman məşqçi ilə ilə 30 iyun 2025-ci ilə qədər müqavilə imzalanıb.

Məlumata görə, bu qərar klubun sədri Oliver Kan və idman direktoru Hasan Salihamidjiç tərəfindən qəbul edilib və prezident Herbert Haynerlə razılaşdırılıb.

Qeyd edək ki, Tuxel son olaraq 2021-ci ilin yanvarından "Çelsi"yə rəhbərlik edirdi. Klub ötən ilin sentyabrında almaniyalı mütəxəssislə yollarını ayırıb. Tuxel klubla Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Son xəbərlər