SİZİN REKLAM BURADA!
055 213 76 73


"Geyci kimi əfsanə ilə döyüşmək mənim üçün dəlilikdir. Hələ də inana bilmirəm".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev ABŞ idmançısı Castin Geyciyə qarşı keçirəcəyi görüş barədə danışarkən deyib.

30 yaşlı idmançı həyəcanlı olduğunu bildirib: "Qəfəsə girəndə, onu qarşımda görəndə hansı hissləri keçirəcəyimi bilmirəm. Geycini çoxdan izləyirəm. Əvvəl döyüşlərinə baxırdım, indi isə ona qarşı mübarizə aparacağam. Əla hisslərdir".

Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-də İngiltərənin paytaxtı Londonda keçiriləcək.

BAKU.WS