Qeytji ilə döyüşə hazırlaşan Rafael Fiziyev fiziki formasını nümayiş etdirib - FOTO

Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev paylaşımı ilə diqqət çəkib.
BAKU.WS-in xəbərinə görə, o sosial şəbəkə hesabında fotosunu dərc edərək fiziki formasını nümayiş etdirib.
Hazırda Fiziyev təlim-məşq toplanışı keçdiyi Tailanddadır.
Qeyd edək ki, "Ataman" ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas namizədlərdən biri olub. Fiziyev son döyüşdə Braziliya təmsilçisi Rafael dos Anjosla qarşılaşıb və son raundda rəqibini nokautla məğlub edərək qələbə qazanıb. Növbəti döyüşdə Rafael amerikalı Castin Qeytji ilə görüşəcək. Döyüş mart ayının ortalarında baş tutacaq.
Qalereya
Oxşar xəbərlər
Rafael Fiziyevin UFC-də keçirəcəyi növbəti döyüşün vaxtı bilindi
UFC-də Azərbaycanı təmsil edən Rafael Fiziyevin dünyanın ən reytinqli liqasında keçirəcəyi növbəti döyüşünün vaxtı müəyyənləşib. BAKU.WS-in məlumatına görə, bu...
