Joze Mourinyo qırmızı vərəqə alıb texniki zonadan qovuldu

Joze Mourinyo qırmızı vərəqə alıb texniki zonadan qovuldu
İdman 104

İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo A Seriyasının 24-cü turu çərçivəsində baş tutan "Roma" - "Kremoneze" matçı zamanı texniki zonadan qovulub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, səfərdə "Kremoneze"yə qarşı keçirdikləri səfər oyununda 2-ci hissənin ilk dəqiqəsində hakimə etirazını bildirib.

Portuqaliyalı mütəxəsisin kobud ifadələr işlətməsi matçın baş hakimi Marko Piççininin qırmızı vərəqə göstərməsi ilə nəticələnib.

Təcrübəli məşqçi matçın sonunda, "Matçdan sonra hakimin paltardəyişmə otağına gedib, "nə baş verdiyini danış!", - dedim, amma yaddaşında problem olduğu üçün, unudub", - deyə açıqlama verib.

Xatırladaq ki, görüş paytaxt təmsilçisinin 2:1 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, Mourinyo bir neçə dəfə texniki zonadan qovulub və cəzalı olduğu üçün komandasının oyununu tribunadan izləmək məcburiyyətində qalıb.

Son xəbərlər