SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qələbə üçün verilən mükafat əvvəlki ilə müqayisədə artıb. Bu da komandaya əlavə motivasiya verir”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis güclü rəqib üzərində inamlı qalibiyyət əldə etdiklərini bildirib: “Sabah”ın gücü bəllidir, onların nəyə qadir olduğunu bilirdik. Çempionatımızın ən güclü komandalarından biridir. Hətta “Qarabağ”la çempionluq uğrunda mübarizə aparırlar.

Biz isə bu oyuna da əvvəlki matçlar kimi hazırlaşmışdıq. Oyunçularımdan ilk növbədə meydanda inamlı olmalarını istəmişdim. İnkişaf eləmək istəyiriksə, bu mübarizəni davam etdirməliyik.

Azarkeşlərimizə də təşəkkür edirəm. Səfərdə oynamağımıza baxmayaraq, bizi tək qoymadılar, möhtəşəm idilər. Xallarımızı artırmaq istəyirik. Çünki mübarizə gündən-günə gərginləşir. Xal ehtiyatımızı artırıb daha rahat olmaq istəyirik”.

Qeyd edək ki, “Turan Tovuz” 26 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

BAKU.WS