PSJ-nin idman direktoru Luis Kampos Lionel Messi ilə müqaviləni yeniləmək üçün danışıqlar apardıqlarını təsdiqləyib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, parislilərin idman direktoru hücumçunu komandada saxlamaqda maraqlı olduqlarını etiraf edib.
"Biz yeni müqaviləni müzakirə edirik. Onun bizim layihənin bir parçası kimi burada davam etməsini istəyirik. O bizimlə qalsa, şad olaram. Ümid edirik ki, danışıqlar tezliklə müsbət yekunlaşacaq", - deyə Kampos bildirib.
Qeyd edək ki, arentinalı forvardın hazırkı müqaviləsi bu ilin iyun ayına qədər qüvvədədir. O, 2021-ci ilin yayından PSJ-də çıxış edir.
Messi komandanın heyətində 58 oyunda 26 qol vurub və 29 məhsuldar ötürmə edib.
BAKU.WS